Rəqsanənin İnstaqramını oğurladılar


Şou-biznes 20 İyn 2019 17:48:00 245 0

Rəqsanənin İnstaqramını oğurladılar

Müğənni Rəqsanə İsmayılovanın başına iş gəlib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, bu dəfə də müğənni xanımın İnstaqram səhifəsi oğurlanıb.

Bu barədə məlumatı  ifaçının qızı Aysun verib.

"Artıq 2-ci dəfədir ki, anamın İnstaqram səhifəsi oğurlanır. Gecə saat 3-də mənə zəng edib bildirib. İndi vermişik dostlarımız sağ olsun, bərpası üçün əllərindən gələni edirlər".