Bilgəhdə Rusiya vətəndaşı avtomobillə qadını vurdu
Digərləri 20 İyn 2019 15:59:00 181 0
Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, iyunun 19-da saat 22 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində Rusiya Federasiyasının vətəndaşı A.Spiridonov idarə etdiyi "Audi" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Radiya Əhmədovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Mənbə: milli.az