"Tarixin canlı səhifələri" bu dəfə Tomris Xatun və Şəmsəddin Eldənizə həsr edilib FOTO


Digərləri 20 İyn 2019 15:47:00 254 0

"Tarixin canlı səhifələri" bu dəfə Tomris Xatun və Şəmsəddin Eldənizə həsr edilib  FOTO

İyunun 19-da Bakının Pirallahı rayonunda "Tarixin canlı səhifələri" adlı Vll Gənclər festivalı keçirilib.

Son.az bildirir ki, tarixi rekonstruksiya formatında keçirilən festivalın məqsədi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək və xalqımızın tarixini onlara əyani olaraq çatdırmaqdır.

Tədbirdən öncə media nümayəndələrinə müsahibə verən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, festival Azərbaycanın ilk qadın hökmdarı Tomris Xatuna və Azərbaycan Atabəylər dövlətinin və Eldənizlər sülaləsinin banisi Şəmsəddin Eldənizə həsr edilib.

Qeyd olunub ki, layihə vətənpərvərlik tərbiyəsi məqsədini daşıyır və əsas ideya müxtəlif teatrların peşəkar aktyorları ilə yanaşı, tamaşada gənclər və tələbələrin kütləvi şəkildə iştirak etməsidir. "Düşünürəm ki, belə festivallar gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində atılan növbəti addımdır. Bu, imkan verir ki, gənclərimiz tariximizlə canlı şəkildə ünsiyyətdə olsunlar", - deyə İ.Babayev əlavə edib.