Maqnit qasırğasının səviyyəsi açıqlandı


Digərləri 20 İyn 2019 15:15:00 189 0

Maqnit qasırğasının səviyyəsi açıqlandı

Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olmuşdur.

Bakı. Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Bu barədə Trend-ə Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Məlumata görə, Günəş diski ləkəsizdir və koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmayıb. Qeyd edilir ki, 2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb. Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun zəifləmə müşahidə olunub. Günəş küləyinin sürəti 325 km/san qeydə alınıb. Ümumi maqnit sahəsi hesabat dövründə 3-5 nT intervalında qiymət alıb. Geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakit olsa da, fasilələrdə kiçik həyəcanlaşmalar qeydə alınıb.