Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış portallar NETTY 2019 mükafatının qalibi olub (FOTO)


Digərləri 20 İyn 2019 14:26:29 169 0

Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış portallar NETTY 2019 mükafatının qalibi olub    (FOTO)

NETTY 2019 Azərbaycanın Milli internet mükafatının 15-ci mükafatlandırma mərasimi keçirilib.

Bakı. NETTY 2019 Azərbaycanın Milli internet mükafatının 15-ci mükafatlandırma mərasimi keçirilib. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, mərasimdə cari ildə müsabiqədə iştirak edən “Dövlət”, “Mədəniyyət və yaradıcılıq”, “İqtisadiyyat və biznes”, “Təhsil və elm”, “İnformasiya və xəbərlər”, “Elektron xidmətlər və ticarət” və s. nominasiyalar üzrə ən yaxşı internet resursları elan olunub. Dövlət internet saytları üzrə nominasiyada Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” – www.intangible.az portalı qalib olub. Bundan əlavə, “Mədəniyyət və yaradıcılıq” nominasiyasında http://shekiculture.az saytı 1-ci yeri qazanıb. Bu istiqamət üzrə 2-ci yeri http://ismayilliculture.az saytı tutub. Xatırladaq ki, “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” portalının (www.intangible.az) təqdimatı 2018-ci ilin oktyabrında olmuşdu. Portal Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri, onların daşıyıcıları və təşkilatlar haqqında məlumatı, mədəniyyət sahəsində qəbul olunmuş milli və beynəlxalq sənədləri, qeyri-maddi irs sahəsində yenilikləri, UNESCO siyahısındakı Azərbaycan mədəni irs nümunələrini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair lazımi elmi ədəbiyyatı, foto və videomaterialları özündə ehtiva edir. Bundan əlavə, portalda Azərbaycanın şəhər və rayonları, həmin bölgələrə məxsus qeyri-maddi irs nümunələri haqqında məlumatlar da əksini tapıb. Mədəniyyət nazirinin müavini Rafiq Bayramov “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” portalının NETTY 2019 Azərbaycanın Milli internet mükafatına layiq görülməsini yüksək qiymətləndirərək bu layihənin mədəni irsimizin sistemli şəkildə qorunması və təbliği işinə töhfə olduğunu vurğulayıb. Nazir müavini diqqətə çatdırıb ki, reyestrin yaradılması ölkəmizdə UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiya”dan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində görülən işlərin nəticəsidir: