“Mən öz kişilərimizdən başqa heç kimlə münasibət qura bilmirəm”


Şou-biznes 20 İyn 2019 12:44:00 245 0

“Mən öz kişilərimizdən başqa heç kimlə münasibət qura bilmirəm”

Aktrisa Pərvin Abıyeva Azərbaycan kişiləri haqqında verdiyi açıqlama ilə maraq doğurub.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, aktrisa bu barədə Xəzər televiziyasında yayımlanan "Hər şey daxil" verilişində danışıb.

"Mən heç zaman Azərbaycan kişiləri haqqında pis fikir dememişəm. Bir müddət öncə mənim adımdan sifarişlə bu yazı yazılmışdı. Mən buradan bir daha deyirəm ki, mən öz kişilərimizdən başqa, heç bir millətin bəyləri ilə münasibət qura bilmirəm, bacarmıram. Məsələn, elə qız var ki, deyir mən türkə, ərəbə ərə gedəcəyəm. Amma mən istəmirəm, elə buna görə də evdə qalmışam. Nə olur olsun, azərbaycanlı kişi olsun", - aktrisa bildirib.