"Azərbaycanda radikalizm və ekstremizmin bazası yoxdur, belə qruplaşmalar mövcud deyil"


Digərləri 20 İyn 2019 12:35:00 218 0

"Azərbaycanda radikalizm və ekstremizmin bazası yoxdur, belə qruplaşmalar mövcud deyil"

Azərbaycanda radikalizm və ekstremizmin bazası yoxdur, belə qruplaşmalar ölkəmizdə mövcud deyil.

Son.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

Onun sözlərinə görə, Azərbaycanda dini durum sabitdir: "Dövlətin qayğısı bu sahəyə kifayət qədərdir. Dini etiqad azadlığı qorunur, bütün inanclı insanların ibadətini həyata keçirməsi üçün şərait yaradılıb. Bunun sayəsində də ölkəmizdə mükəmməl dini birlik mövcuddur".

Sədr müavini bildirib ki, dünyanın bir çox ölkələrində multikulturalizm iflasa uğrayıb: "Onun yerini radikal tendensiyalar, qruplaşmalar tutacaq. Bu da dövlətlərin təhlükəsizliyi üçün ciddi təhdidə çevriləcək. Ona görə də Azərbaycanda görülən bu işlər kifayət qədər əhəmiyyət kəsb edir. Buna dünya birliyi tərəfindən yüksək qiymət verilir. Dünyadakı çağırışlara nəzərə salsaq görərik ki, Azərbaycan dünyada sülhün bərqərar olması üçün çox faydalı işlər görür. Azərbaycanın bu səyləri dünyada tarixi hadisəyə çevriləcək".