Kaşıkçının səs yazısı yayıldı: "Onlara nə deyim? Qaçırılıram?"


Dünya 20 İyn 2019 12:30:00 194 0

Kaşıkçının səs yazısı yayıldı: "Onlara nə deyim? Qaçırılıram?"

Birləşmiş Millətlər Təşkilatının qanunsuz edam qərarları haqqında xüsusi məruzəçisi Aqnes Kallamard səudiyyəli jurnalist Camal Kaşıkçının qətli ilə bağlı hesabat hazırlayıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, hesabatda C.Kaşıkçının qətlindən əvvəlki səs yazılarının stenoqramı dərc olunub.

Səs yazısında jurnalistin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun binasına daxil olduqdan sonra qatillərlə söhbəti əksini tapıb.

Dialoq belə baş tutub:

Qatil: Səni Səudiyyə Ərəbistanına aparmağa gəlmişik. Barəndə həbs qərarı var. Bayırda səni gözləyənlərə mesaj göndər və gəlməyəcəyini de!

Kaşıkçı: Onlara nə deyim? "Yaxın vaxtlarda görüşərik? Qaçırılıram?" Elə mesaj göndərməyəcəyəm.

Qatil: Mesajı dərhal yaz! Tələs! Bizə kömək etməsən, bunun necə nəticələnəcəyini bilirsən.

Kaşıkçı: Masanın üstündəki dərmanlar mənim üçündür?

Qatil: Səni keyləşdirəcəyik.

Bu dialoqdan sonra dava səsləri eşidilir.