Şamaxı RİH: "Zəlzələdə evləri dağılan ailələr üçün 288 ev inşa edilir"


Digərləri 20 İyn 2019 11:17:00 376 0

Şamaxı RİH: "Zəlzələdə evləri dağılan ailələr üçün 288 ev inşa edilir"

Şamaxıda baş verən zəlzələ nəticəsində dağılmış fərdi yaşayış evlərinin yenidən bərpası davam etdirilir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə açıqlamasında Şamaxı Rayon İcra Hakimiyyətinin baş memarı, rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Rüstəm Əliyev deyib.

Baş memarın sözlərinə görə, hazırda rayon ərazisində zəlzələdən zərər çəkən evlərin yenidən inşası davam etdirilir: "Zəlzələ nəticəsində 351 ev tamamilə qəzalı vəziyyətə düşüb. Onlardan 114 ev artıq tam sökülərək yenidən tikilir. Fövqəladə Hallar Komissiyasının qərarına əsasən, zəlzələ zamanı zərər çəkən evlərdən 1338-nin bərpası mümkün hesab edilib, 2311 evin isə təmirə ehtiyacı var. Komissiyanın qərarına görə, müraciət edilən 1875 evə baxış keçirilərək vəziyyəti qənaətbəxş hesab edilib".

R.Əliyev bildirib ki, bununla yanaşı, Şamaxıda zəlzələ nəticəsində evləri qəzalı vəziyyətə düşən ailələr üçün hazırda 174 mənzil inşa edilir: "Bu məqsədlə rayon ərazisində 3 ədəd yaşayış binası tikilir. Həmin binalar 44 mənzilli 4 mərtəbəli, 20 mənzilli 2 mərtəbəli və 110 mənzilli beşmərtəbəlidir".