Gəncədə xəstəxananın həyətində yüksək dozada


Digərləri 20 İyn 2019 10:36:00 224 0

Gəncədə xəstəxananın həyətində yüksək dozada

Gəncə şəhər 3 saylı Xəstəxananın həyətində meyit tapılıb.

Son.az Trend-ə istinadən bildirir ki, Şəmkir rayonunun Təzəkənd kənd sakini, 1991-ci il təvəllüdlü Teymurov Tural Şakir oğlu axşam saatlarında idarə etdiyi "VAZ 2107" markalı 20 CA 442 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə Şəhər 3 saylı Xəstəxananın həyətinə gələrək avtomobilin salonunda mənşəyi məlum olmayan narkotik maddə qəbul edib.

Narkotik maddənin dozası yüksək olduğundan T.Teymurov avtomobilin salonunda zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.