Qeyri-neft ixracı bu il 17,8 faiz artıb - Nazir müavini


Digərləri 20 İyn 2019 10:31:00 351 0

Qeyri-neft ixracı bu il 17,8 faiz artıb - Nazir müavini

Qeyri-neft sektorunda ixrac 2017-2018-ci illərdə 36,5%, 2019-cu ilin 5 ayı ərzində isə 17,8% artıb.

Bakı. Azərbaycanda qeyri-neft sektorunda ixrac 2017-2018-ci illərdə 36,5%, 2019-cu ilin 5 ayı ərzində isə 17,8% artıb. Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib. Nazir müavini bildirib ki, bu ilin ötən dövründə kənd təsərrüfatı və emalı məhsullarının ixracı 37,6% artıb. Sənaye parklarında istehsal olunmuş 1,4 milyard manata yaxın məhsulun 267 milyon manatlıq hissəsi ixrac olunub. Azərbaycanın ixrac məhsullarının çeşidlərinin artdığını vurğulayan nazir müavini Azərbaycandan 2166 adda məhsulun xarici bazarlara çıxarıldığını diqqətə çatdırıb: