Yayda Bakının torpaq bazarında qiymətlər necə olacaq?


Digərləri 20 İyn 2019 08:58:00 228 0

Yayda Bakının torpaq bazarında qiymətlər necə olacaq?

May-iyun aylarında Bakıda torpaq bazarında 1-2 faiz səviyyəsində qiymət artımı müşahidə olunacaq.

Son.az bildirir ki, bunu Trend-ə daşınmaz əmlak sahəsində mütəxəssis Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, ötən ilin analoji dövründə qiymət artımı 4-6 faiz ətrafında dəyişirdi:

"Bu il bazarın bu seqmentində qiymətlər son iki illə müqayisədə aşağıdır. Bu, əsasən tikinti sektorunda fəallığın azalması ilə əlaqədardır".

Ekspert qeyd edib ki, iyul-avqust aylarında qiymətlərin sabit tendensiyası saxlanılacaq:

"Payıza yaxın torpaq bazarında 1-2 faiz səviyyəsində azalma müşahidə olunacaq".