Sarılıq xəstəliyinin müalicəsində əvəzsiz vasitə


Digərləri 19 İyn 2019 23:25:00 57 0

Sarılıq xəstəliyinin müalicəsində əvəzsiz vasitə

Tikanlı kəvər əsasən qarışqa və həşəratlar vasitəsilə çoxalır. Onun toxumları böyük həşəratlar tərəfindən qaya və daş yarıqlarının arasına daşınaraq yayılmasına səbəb olur. Yarımkol bitkisi hesab olunan tikanlı kəvər dərin kök sisteminə malikdir, hətta bir ildən sonra yerüstü hissəsi quruyur, növbəti il yenidən cücərir. İri və ağ rəngli çiçəklərinin heç yerdə müşahidə olunmayan spesifik xoş ətri var. May-iyun aylarında çiçəkləyir, meyvələri isə avqustda yetişir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bitkinin adına ilk dəfə "Gilqamıs dastanı"nda rast gəlinir. XIX əsrin axırlarında Rusiyada yaşayan fransız əsilli kulinar Lüsyen Olivyenin kəşf etdiyi və indi də "paytaxt salatı" adı ilə bayram süfrələrini bəzəyən "Olivye" salatının orijinal reseptində tikanlı kəvər meyvələri də var idi.

Tünd və spesifik dada malik kəvərin kiçik meyvələri daha tamlı və qiymətli olur. Bitkinin çiçəkləri, meyvəsi, toxum və kökləri dərman kimi istifadə olunur. Bəlğəmi durulaşdırır və xaric edir, diş ağrılarını aradan qaldırır. Qanazlığı zamanı tikanlı kəvərin meyvələrindən hazırlanan mürəbbə və marmeladdan istifadə edilir. Onun kökündən hazırlanan spirtli tinktura qanda trombositlərin sayını artırdığına və laxtalanmanı sürətləndirdiyinə görə xroniki qanaxmalar zamanı faydalıdır. Yetişməmiş meyvə və tumurcuqlarından sirkə və yaxud duzla hazırlanan turşu onkoloji xəstəliklərin profilaktikası və müalicəsində istifadə olunur.

Tikanlı kəvərin yeni qönçələyən çiçəkləri saplaq və çiçək ayası üstündə olmaq şərtilə dərilir, 6-7 ədədinin 5 stəkan suda dəmlənilərək çay kimi qəbul edilməsi sarılıq xəstəliyinin müalicəsində əvəzolunmaz vasitədir. Meyvələri toplanır, saplağı kəsilərək şirəsi sıxılır, böyrək daşlarını əritmək üçün gecə yatmazdan əvvəl 1 stəkan şirə qəbul edilir.

5 otaqlı ev yanıb like
  • 19 İyn 23:20  
Digərləri 5 otaqlı ev yanıb

Şəmkirdə yanğın qeydə alınıb.

arrow Ətraflı
Ağcaqanad sancmasından QİÇSə yoluxmaq olar? like
  • 19 İyn 23:15  
Digərləri Ağcaqanad sancmasından QİÇSə yoluxmaq olar?

Hər 10 rusiyalıdan 5-i hesab edir ki, ağcaqanad dişləməsi ilə QİÇS-ə y

arrow Ətraflı
Şəmkirdə 5 otaqlı ev yanıb like
  • 19 İyn 23:14  
Digərləri Şəmkirdə 5 otaqlı ev yanıb

Şəmkirdə yanğın qeydə alınıb

arrow Ətraflı
Yaşlı insanlar ispanaq və brokkoli çox yeməlidir  Gəzə bilməməyin səbəbi budur like
  • 19 İyn 22:49  
Digərləri Yaşlı insanlar ispanaq və brokkoli çox yeməlidir Gəzə bilməməyin səbəbi budur

Yaşlı insanlarda orqanizmdə K1 vitamininin çatışmazlığı onların hərə

arrow Ətraflı
BAMF-in Yüksək Səviyyəli Siyasi Forum üzrə bəyanatı BMT-də təqdim olunacaq like
  • 19 İyn 22:45  
Digərləri BAMF-in Yüksək Səviyyəli Siyasi Forum üzrə bəyanatı BMT-də təqdim olunacaq

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) yazılı bəyanatı BMT-nin Nyu-Yo

arrow Ətraflı
Məşhur Kraviçe şəlaləsi Avropanın iyirmi ən gözəl məkanından biri seçilib like
  • 19 İyn 22:40  
Digərləri Məşhur Kraviçe şəlaləsi Avropanın iyirmi ən gözəl məkanından biri seçilib

Bosniya və Herseqovinanın məşhur Kraviçe şəlaləsi Avropanın 20 ən göz

arrow Ətraflı