Şarlatan həkimləri necə ayırd etməli? Ağıllı pasiyentlər üçün 6 ipucu


Digərləri 19 İyn 2019 21:36:00 232 0

Şarlatan həkimləri necə ayırd etməli?  Ağıllı pasiyentlər üçün 6 ipucu

Deyirlər, can sağlığını pulla almaq mümkün deyil. Amma hazırda sağlamlıq və müalicə dünyada ən bahalı nemətdir. 

Xəstələnən kimi həkim axtarırıq. Əvvəllər bir-iki dövlət xəstənasası və yaxşı-pis kimi tanınan bir neçə həkim var idisə, indi addımbaşı klinika, tibbi mərkəzi və həkimlərdir. 

"Yaxşı həkim yoxdur" deyənlərin sayı artır. Əgər həkimlər pasiyent ümidlərini doğrultmağa can atmırlarsa, o zaman pasiyentlər daha ağıllı olmalıdır.  Təəssüf ki, yaxşı həkimlər də pislərin oduna yanır.  Hətta elə "həkimlər" var, təhsili və ya ixtisası üzrə diplomu olmaya-olmaya əməliyyat edir. Bəs necə etməli ki, şarlatan, dələduz və dırnaqarası həkimlərin güdazına getməyəsiz.

Son.az medicina.az-a istinadən hər bir pasiyentə lazım olacaq 6 əlaməti təqdim edir:

1.Bütün xəstəliklərin müayinəsi və müalicəsi elanları Hazırda bir çox yerlərdə bütün orqanların bir aparatla müayinəsi, müalicəsi elanlarına rast gəlinir. Özlərinə həkim deyən və hətta həkim olan bir neçə şəxs belə kiçik yerlər, kabinetlər açıb hansısa fantastik aparatla müayinələr edir, sonra həmin aparatla müalicə edir, marketinq şəbəkəsi olan xarici bir şirkətin məhsullarını, BAD və preparatlarını da yerindəcə satır. Belə yerlərdən uzaq durmaq lazımdır. Onlar sizə şəfadan başqa hər şey verəcək.

2.Möcüzə üsulla ağır xəstəliklərin şəfasını vəd edir

Psixologiyanı gözəl bilən bu şəxslər ya elə burda, ya da xaricdə dəbdə olan bir metodu sınayır. Ağır xəstələrin ümidlərindən istifadə edərək, onları potensial qurban seçir, elə xəstəliklərin müalicəsini vəd edirlər ki, xəstə pulqabısındakı son qəpiyi də verməyə hazır olur. Çox zaman bu metod həmin "həkimin" özünəməxsus metodu olur və ya guya xaricdə hansısa alimdən, ustadından öyrəndiyini deyir. 

Bəziləri isə insanın bioenerji informasiyası sahəsini düzəldəcəyini vəd edir. Bəziləri isə bir sıra dərman, cövhər, eliksir qarışımları təklif edir. Onların hamısının guya artıq şəfa tapmış, öyrədilmiş pasiyentləri qəbulda növbədə oturur ki, gələnləri öz hekayələri ilə tora salsın. 

3.Yeni başlayan gənc həkimin otağında çoxsaylı diplomlar

Avropada belə bir fikir var ki, yaxşı həkimin otağında bir stul, bir masa, bir də xəstəni müayinə üçün tibbi çarpayı olmalıdır. Başqa heç nə.   Həqiqətən tibbi təhsili olan, amma üst-üstə heç 3 il iş təcrübəsi olmayan bir həkimin kabinetində az qala bütün divarların sertifikat, diplom, kağız və s.-lə doldurulduğunu gördükdə, bunun pasiyentə nə kimi faydası olacağını o həkimə sual etmək istəyirsən. Belə həkimlərə şarlatan demək də olmur, amma onlar elə şarlatanlığın yolunu tutub desək yanılmarıq. Çünki həkimin 2, uzağı 3 tibbi təhsil, hər hansı ixtisası bitirməsi, təkmilləşməsi barədə sənədi olar, onu da işlədiyi xəstəxanaya təqdim edir. İl ərzində hətta iştirak etdiyi idman yarışının sertifikatını,  kursların, seminarların kağızını divara düzməklə, o pasiyentə xüsusi, seçilmiş həkim olmasını göstərməyə çalışır.   Bir həkim hələ müayinə və müalicə etmədiyi xəstəyə özünü divarı, sertifikatı, patent,  kağızları ilə göstərirsə, deməli, onun bilmədiyi çox şeylər var. Deməli o da pasiyentin ümid və inamını başqa yollarla qazanmaq istəyir.

4.Xəstəlikləri ya ümumi sözlərlə izah edir, ya da çox anlaşılmaz tibbi terminlərdən istifadə edir