Çavuşoğlu İrana gedir


Dünya 19 İyn 2019 17:55:00 233 0

Çavuşoğlu İrana gedir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İrana səfər yola düşəcək.

Son.az Trend-ə istinadən bildirir ki, səfərin iyunun 20-21-də baş tutacağı bildirilir.

Səfər çərçivəsində türkiyəli nazirin iranlı həmkarı Cavad Zəriflə bir sıra regional məsələləri, o cümlədən ikitərəfli münasibətləri müzakirə edəcəyi qeyd edilir.

Məlumata görə, M.Çavuşoğlunun İrana səfəri C.Zərifin dəvəti ilə baş tutacaq.