Rusiyalı analitik: Azərbaycanın "Şimal-Cənub" layihəsində iştirakı dövlətin siyasi statusunu artırır


Digərləri 19 İyn 2019 16:38:00 226 0

Rusiyalı analitik: Azərbaycanın "Şimal-Cənub" layihəsində iştirakı dövlətin siyasi statusunu artırır

Azərbaycan, Rusiya və İran arasında dəmir yollarının birləşdirilməsi üzrə layihənin reallaşdırılması qərarı “Şimal-Cənub” meqalayihəsinin tərkib hissəsi olan Astara-Rəşt-Qəzvin dəmir yolunun tikintisi ilə bağlıdır

Bakı. Mətanət Nəsibova - Rusiyanın energetika naziri Aleksandr Novakın səsləndirdiyi Azərbaycan, Rusiya və İran arasında dəmir yollarının birləşdirilməsi üzrə layihənin reallaşdırılması qərarı böyük ehtimalla “Şimal-Cənub” meqalayihəsinin tərkib hissəsi olan Astara-Rəşt-Qəzvin dəmir yolunun tikintisi ilə bağlıdır. Bunu Trend-ə rusiyalı analitik İvan Pyatibratov deyib. O qeyd edib ki, Astara-Rəşt-Qəzvin dəmir yolunun tikintisi barədə saziş 2005-ci ildə imzalanıb, ona görə də söhbət yeni tikintinin işə salınmasından yox, əlavə razılaşmalardan gedir. Analitikin sözlərinə görə, bu layihəyə bu cür diqqət qanunauyğundur: