Şamaxıda yük avtomobili aşdı, sürücü hadisə yerində öldü


Digərləri 19 İyn 2019 16:25:00 191 0

Şamaxıda yük avtomobili aşdı, sürücü hadisə yerində öldü

Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 18-də saat 17 radələrində Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində Bakı şəhər sakini Sərdar Məmmədov idarə etdiyi “Dong Feng” markalı yük avtomobilini aşırıb və hadisə yerində ölüb.