Bu ölkənin paytaxtı dəyişdirilir


Dünya 19 İyn 2019 15:57:00 244 0

Bu ölkənin paytaxtı dəyişdirilir

İndoneziya hökuməti paytaxtın Cakartadan köçürülməsi prosesinə 2021-ci ildə başlamaq niyyətindədir.

Son.az Trend-ə istinadən bildirir ki, yeni şəhərdə tikinti işləri iki il sonra başlayacaq, köçürmə prosesinin 2024-cü ilədək başa çatması planlaşdırılır.

Prosesin ümumi dəyəri 32,5 milyard dollara bərabər olacaq.

Yeni paytaxt Kalimantan adasında, ölkənin mərkəzi hissəsində salınacaq.