Yaponiyada zəlzələ nəticəsində 21 nəfər xəsarət alıb


Dünya 19 İyn 2019 08:52:00 192 0

Yaponiyada zəlzələ nəticəsində 21 nəfər xəsarət alıb

Yaponiyanın şimal-qərbində baş verən zəlzələ nəticəsində 21 nəfər xəsarət alıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "NHK" telekompaniyası xəbər verib.

Məlumata əsasən, Yamagata prefekturasında 6.7 bal gücündə zəlzələ dörd prefekturaya təsir göstərib.

Qeyd edək ki, yeraltı təkanlar 13 prefekturada hiss edilib.