Kolumbiya ilə Venesuela sərhədində partlayışlar olub: 12 nəfər həlak olub


Dünya 19 İyn 2019 08:08:00 218 0

Kolumbiya ilə Venesuela sərhədində partlayışlar olub: 12 nəfər həlak olub

Kolumbiya ilə Venesuela sərhədində yerləşən kənddə baş vermiş partlayışlar nəticəsində ən azı 12 nəfər həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "El Tiempo" qəzeti xəbər verib.

Məlumata əsasən, hadisə Venesuelanin Boka-de-Qrita kəndində baş verib.

Naməlum şəxslər bir neçə partlayıcı qurğular aktivləşdiriblər ki, nəticədə, ilkin məlumatlara görə,12 yerində nəfər həlak olub, 10 nəfər müxtəlif dərəcədə xəsarətlər alıb.