Silahlılar Suriyada iki vilayəti atəşə tutublar


Dünya 19 İyn 2019 08:16:00 202 0

Silahlılar Suriyada iki vilayəti atəşə tutublar

Suriyanın Latakiya və Həma vilayətlərində qanunsuz silahlı birləşmələr tərəfindən atəşkəsin pozulması halı qeydə alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib.

A.Bakin qeyd edib: "Ötən sutka ərzində silahlılar Latakiya vilayətinin Şmaysa, Ayn-Ən-Nur, Mamuxiya, Kermel, Həmrat, Safsafa, Kara-Caqez və İkko yaşayış məntəqələrini, eləcə də Həma vilayətinin Kafer-Yaxut və Həmmaamiyət yaşayış məntəqələrini atəşə tutub".