Azərbaycanlı siyasi məhbuslardan xəbər:


Dünya 18 İyn 2019 23:41:00 236 0

Azərbaycanlı siyasi məhbuslardan xəbər:

Bir neçə gündür Təbriz həbsxanasında aclıq aksiyası keçirən güney azərbaycanlı milli-mədəni fəal Əmir Səttari Rəuf aksiyasının 7-ci günündə döyülərək həbsxananın təknəfərlik kamerasına köçürüldükdən sonra quru aclıq aksiyasına başlayıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, aclıq aksiyasının 8-ci günündə həbsxana əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalıb.

Aldığı zərbələrdən ağır yaralanan fəal poliklinikaya aparılıb. Fəalın son vəziyyəti barədə məlumat alan Səttari ailəsi onun quru aclıq aksiyasına keçməsi ilə bağlı xəbəri təsdiqləyib.

İran hakimiyyəti əleyhinə təbliğat aparmaq kimi bir sıra qondarma ittihamlarla üzləşən Əmir Səttari tələbədir.

Marağa zindanında saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxiyan da aclıq aksiyasına başlayıb.