Tövbə etmək istəyənlərə Allahın şirin müraciəti


Digərləri 18 İyn 2019 23:45:00 256 0

Tövbə etmək istəyənlərə Allahın şirin müraciəti

Quranda tövbə sözü həm Allaha və həm də bəndələrə nisbət verilmişdir. Bəndənin tövbəsi odur ki, günahdan savaba tərəf qayıdar. Allahın bəndəsinə qarşı tövbəsi isə odur ki, rəhmətini onun üçün açar.

Tövbənin həqiqi mənası budur ki, insan Allaha tərəf hərəkət etsin. Bütün xata və büdrəmələrindən peşman olub, Allahın rəhmətinə qovuşsun.

Allah Təala Quranda 91 dəfə" Ğəfur" (çox bağışlayan) və 5 dəfə Ğəffar (çox bəxş edən) adlandırılmışdır.

Son.az deyerler.org-a istinadən bildirir ki, Quranın ayələrinin çoxunda Allah Öz bəndələrini tövbə və istiğfar etməyə dəvət etmişdir. Təxminən 80-a yaxın ayədə tövbə haqqında söhbət açılmışdır. Tövbələrin qəbul olacağı haqqında danışılmışdır.

Bu ayələrin bəzilərinə nəzər salaq:

1. "Və o kəslər ki, çirkin bir iş (böyük günah) gördükdə və ya (kiçik bir günahla) özlərinə zülm etdikdə, Allahı yada salar və günahları üçün bağışlanmaq istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər?". ("Ali-İmran" 135).

2. "Hər kim pis bir iş görsə, yaxud özünə zülm etsə (özünə və ya başqasına zülm etsə, yaxud etiqad və ya əməldə günah etsə), sonra Allahdan bağışlanmaq diləsə, Allahın bağışlayan və mehriban olduğunu görər". ("Nisa" 110).

3. "Allah iman gətirib yaxşı işlər görən kəslər üçün bağışlanma və böyük mükafat olacağını vəd etmişdir". ("Maidə" 9).

4. "De: "Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!"". ("Zumər" 53).

5. "Bəndələrindən tövbələri qəbul edən, günahlardan keçən və etdiklərinizi bilən Odur". ("Şura" 25).