Malidə silahlı hücum: ən az 38 insan həlak olub


Digərləri 18 İyn 2019 23:23:05 241 0

Malidə silahlı hücum: ən az 38 insan həlak olub

Malidə kəndlərə silahlı şəxslər tərəfindən edilmiş hücum nəticəsində ən az 38 adam həlak olub, üçü yaralanıb

Bakı. Malidə kəndlərə silahlı şəxslər tərəfindən edilmiş hücum nəticəsində ən az 38 adam həlak olub, üçü yaralanıb. Trend-in məlumatına görə, bu barədə "Agence de Presse du Mali" agentliyi xəbər verib. Məlumata əsasən, silahlılar mal-qara ələ keçirib və bir neçə ev yandırıblar. Ehtimal edilir ki, eyni xadimlər Yoro yaşayış məntəqəsində yük maşınına hücum edib. Hücum nəticəsində 14 nəfər öldürülüb.