Hər gün pendir yeməyə 15 səbəb – Hansı növü nədə faydalıdır?


Digərləri 18 İyn 2019 22:22:00 300 0

Hər gün pendir yeməyə 15 səbəb – Hansı növü nədə faydalıdır?

Fransızlar deyir ki, pendirsiz gün, günəşsiz günə bənzəyir. Elə Azərbaycanda da süfrəni pendirsiz təsəvvür etmək olmur. Dədə-babalarımız pendirli dürməklə böyüyüb. Azərbaycanda daha çox ağ pendir, keçi, qoyun pendiri dəbdə olsa da, indi hər birimizin dünyanın müxtəlif növ pendirlərini əldə etməyə fürsətimiz var.

Son.az medicina.az-a istinadən hər pendir növünün insan orqanizminə faydalarını, hansının daha çox yeyilməli olduğunu, ümumiyyətlə hər gün daha çox pendir yeməyə sizi həvəsləndirəcək 10 vacib səbəbi araşdırıb.

Öz sevimli pendirinizi seçin, faydasını bilin

-Pendir qaraciyəri xərçəngdən qoruyur  - bu məhsulda olan spermidin adlı maddə qaraciyəri fibrozdan qoruyur, karsinomanın qarşısını alır. Mütəmadi pendir yemək bu orqanın şiş xəstəlikləri üçün profilaktikadır. Eləcə də tədqiqatlarla sübut olunub ki, spermidin ürək-damar sistemini də yaxşılaşdırır. Qaraciyər üçün ən yaxşısı parmezan və mavi pendirdir.

-Sümükləri möhkəmləndirir-  zülal, kalsium, D vitamini ilə zəngin pendir sümük, dişləri möhkəmləndirir. Nüfuzlu tibbi dərgi osteporoz - sümük əriməsinə qarşı ən effektiv pendir kimi parmezanı göstəriblər.

-İnsulta qarşıdır - Amerika ürək assosiasiyası elan edib ki, pendirlər insult riskini 12% azaldır.  Süd məhsulları ürək-damar sistemi üçün vacibdir. Çünki onda kaliy, B vitaminləri, kalsium, Omeqa 3 vardır. Ürək sağlamlığı üçün gündəlik norma 50 qram pendirdir.

-Pendir arıqladır - zülal və faydalı yağlarla zəngindir, insanı tox saxlayır, arıqlamaq üçün azyağlı pendir növləri seçə bilərsiz.  Acanda çörəyin üzərinə bir dilim suluquni, brınza, ağ duzsuz pendir qoyub yemək olar.

-Metobolizmi sürətləndirir - yumşaq, bərk, hisə verilmiş və ərinmiş pendir maddələr mübadiləsini aktivləşdirir.  Həkimlər bildirir ki, həzmi yaxşılaşdırmaq üçün pendiri göyərti ilə, xüsusən qulançarla yeməyi məsləhət görür.

-Şəkər xəstəliyinə qarşı - pendir II tip diabetin yaranmasına qarşı tədbir görür.  Diabetes dərgisində yazıldığı kimi pendirdə olan butirat adlı maddə insulinin effektiv xərclənməsinə nəzarət edir. Pendir insulin rezisdentliyini azaldır.

-Menstruasiya öncəsi sindromda - bu ərəfədə ağrı, narahatlıq, başağrısı, ağırlıq kimi hisslər keçirən qadınlar bol pendir yesinlər.