Daosizm paradoksu II hissə


Digərləri 18 İyn 2019 22:05:00 272 0

Daosizm paradoksu II hissə

Bulanıq suya dəyməsən lili çökəcək , suyu durulacaq. Ağlını bütün fikirlərdən təmizlə , imkan ver ürəyin hüzura qovuşsun Cəhalət artdıqca , ağıl və bilik irəli çıxar Ailədə hüzur pozulunca , ailə əxlaqı yaranmağa başlayar. Atın bir kənara "müdrikliyi" və "müqəddəsliyi" insanlar yüz dəfə daha xoşbəxt olarlar Atın bir kənara "insanilyi" və "ədaləti" insanlar sevgiyə və hörmətə qayıdarlar Son.az banker.az-a istinadən bildirir ki, atın bir kənara fərasət və qazancı oğru və quldurlar yoxa çıxacaqlar Bu üçü kifayət deyilsə, sadəcə dairənin mərkəzini tut və qoy , hər şey öz yoluyla getsin Burax düşünməyi və problemlərinə son ver "hə" və "yox" arasında fərq nədədir, uğur və uğursuzluq nə ilə fərqlənir Başqalarının dəyərləndirdiyini dəyərləndirməyə borclusan mı?, başqalarının qorxduğundan qorxmağa borclusan mı? Tam olmaq istəyrsənsə , yarımçıq olmağa icazə ver özünə Düz olmaq istəyirsənsə əyri olmağı icazə ver özünə Dolu olmağı istəyirsənsə , boş olmağı icazə ver özünə Yenidən doğulmaq istəyirsənsə, ölməyi icazə ver özünə Hər şeyin sənə verilməsini istəyirsənsə, hər şeydən imtina et Özünü tam olaraq ifadə et və sus, təbii proseslər kimi ol(külək əsirsə əsir, yağış yağırsa yağır) Ayaq barmaqları üstə qalxan uzun müddət tab gətirməyəcək Başı alovlu yürüyən uzaq gedə bilməyəcək, Parlamağa çalışan nurunu qaraldacaq Özünü tərifləyən kəs əslində kim olduğunu bilmir Başqalarını hakimiyyəti altına alanın özünə hökmü çatmır Işindən bərk yapışan əbədi bir şey yarada bilmir. Ağırlıq yüngüllük üçün zəmindir Hərəkətsizlik hər hansı hərəkət üçün zəmindir Özünü ora-bura vurmaqla , kökünlə əlaqəni itirmiş olursan Əgər qərarsızlığın səni hərəkət etdirməsinə icazə verirsənsə , kimliyinlə əlaqəni itirmiş olursan Yaxşı insan pis insanın müəllimindən başqa nədir ki? Pis insan yaxşı insanın işindən savayı nədir ki? Ağını tanı, amma qarandan möhkəm yapış Kimliyini tanı, amma heç kim olduğundan möhkən yapış Özünə inandığı üçün , başqalarını inandırmağa çalışmır. Özünü qəbul etdiyi üçün, bütün dünya onu qəbul edir Başqalarını tanımaq ağıl əlamətidir, özünü tanımaq müdriklik