Dünyanın ən qəribə restoranları


Digərləri 18 İyn 2019 21:48:00 232 0

Dünyanın ən qəribə restoranları

Şam yeməyinə başlamamışdan qabaq təhlükəsizlik elanı eşidir və ya təhlükəsizlik kəməri bağlayırsınızmı?

Londonda yerləşən "London Səmada" (London in the Sky) adlı restoranda bunları etmək məcburiyyəti var.

Bu, 22 nəfərlik masa-restoran Londonun O2 arenası üzərində 30 metr hündürlükdə yerləşir.

Lakin bu, yemək yeyə biləcəyiniz heç də yeganə qəribə restoran deyil.

Aşağıdakılara da bir göz gəzdirin!

Akvariumda yemək

Dənizaltı restorana nə dəyirsiniz?

Bu restoran okeanın dərinliyində inşa olunub. Divarları və tavanı şüşədəndir və ətrafındda 400 növ su canlısı üzür.

Zürafə ilə yemək

Keniyada yerləşən Zürafə Malikanəsi (Giraffe Manor) restoranında bu uzun boğazlı heyvanlar da yeməyinizə qonaq ola bilər. Pizzamı zürafə oğurladı kimi yaddaqalan hekayələriniz bol olacaq.

Bu qeyri-adi hotel Nayrobinin ətrafında yerləşir və turistlər arasında çox məşhurdur.

Hündürlük qorxunuz varsa, bu restorana heç baxmayın

O2 arenası üzərində 30 metr hündürlükdə şam yeməyi necə?

Narahat olmayın - həm siz, həm digər qonaqlar, həm də işçilər təhlükəsizlik kəməri ilə təchiz olunacaqsınız.

Dörd kurs yeməkdən dada-dada Londonun fantastik mənzərəsindən də həzz almaq olar. Yeməklər masanın ortasında dayanan aşpazlar tərəfindən hazırlanır.

Dans le Noir - Qaranlıqda yemək

Burada isə yeməklərinizi zil qaranlıq otaqda yeyə bilərsiniz. Ayaqyoluna getmək də daxil olmaqla hər şey üçün ofisianta etibar etməli olacaqsınız.

Menyunu oxumaq mümkün olmadığı üçün yeməklər də tamamilə sürpriz olacaq!

Bu restoran Londonda yerləşir. Ancaq dünyanın bir çox şəhərlərində yerləşən filiallarına da baş çəkə bilərsiniz.