Şam, dərman, yoxsa əməliyyat? – İnsanı utandıran


Digərləri 18 İyn 2019 21:22:00 295 0

Şam, dərman, yoxsa əməliyyat? – İnsanı utandıran

Xalq arasında babasil kimi tanınan hemarroy xəstəliyi son zamanlarda geniş yayılıb. Əsasən də qadınlarda təbii doğuşdan sonra meydana çıxan bu problem insanın həyat keyfiyyətini aşağı salır. Bir çox hallarda isə bu xəstəlikdən əziyyət çəkən insanlar narahatlıqları barədə söz açmağa və həkimə getməyə utanaraq bu cür yaşamağa davam edirlər.  Bu zaman xəstəlik daha da irəliləyir və ağrı, qanaxma, hərəkət məhdudiyyəti ilə müşahidə edilir.

Son.az medicina.az-a istinadən bildirir ki, son zamanların geniş yayılan problemlərindən olan babasil xəstəliyi haqda ümumi cərrah, proktoloq Türkan Gündüz bəzi vacib məqamları bölüşüb.  Babasillə bağlı suallarınıza burda cavab tapa bilərsiniz.

-Hansı hallarda babasil xəstəliyi zamanı cərrahi əməliyyata göstəriş olur?

-Əgər xəstəlik 4-cü dərəcəyə keçibsə, yəni xəstədə ağrı, qanaxma kimi şikayətlər varsa, oturmaqda çətinlik çəkirsə, xəstəlik onun gündəlik həyat fəaliyyətinə mane olarsa, bu zaman xəstə mütləq əməliyyat olunmalıdır.   

Hər babasil zamanı cərrahi əməliyyat tətbiq edilə bilməz. Bu zaman konservativ yollarla müalicə yaxşı nəticə verir. Xəstəlik əgər 1-ci, 2-ci və ya 3-cü mərhələnin başlanğıcında müalicə olunarsa, yəni həkimə vaxtında müraciət edilərsə  o zaman geri qayıda bilər. Bant liqasyon üsulu var ki, bu zaman rezin həlqələr vasitəsilə babasilə yerləşdirilir. Bundan sonra xəstə evə göndərilir və gündəlik yaşamına davam edir. Bir neçə gündən sonra həmin həlqələr düşür və xəstə bundan heç xəbər də tutmur.

Və ya babasil nahiyəsinə təyin edilən xüsusi məlhəmlər var. Bundan əlavə xəstələrə dərman preparatları da təyin edilir. Amma artıq gecikmiş formalarda, yəni 4-cü dərəcəli babasildə və xarici babasildə şiddətli qanaxma, ağrı olduqda xəstə əməliyyat edilir.

-Babasil probleminə ən çox kimlərdə rat gəlinir?

-Təbii doğuş ilə əlaqədar demək olar ki, qadınların əksəriyyətində babasil problemi yaranır. Doğuşdan sonra təkcə babasil problemi deyil, həm də sidik kisəsinin, uşaqlığın, bağırsağın  sallanması, yırtıqlar meydana gəlir. Lakin bir sıra mental dəyərlərə görə və ya utandıqları üçün onlar bu problemi gizli saxlayır, kiminləsə bölüşməkdən çəkinirlər. Amma son zamanlar qadınlar artıq bu komplekslərdən nisbətən azad olmağa başlayıbar. Bu isə sevindirci haldır.

Həmçinin babasil probleminə uşaqlarda da rast gəlinir. Onlarda daha çox xarıcı babasil müşahidə edilir. Səbəbi isə uzun müddət qarşokda oturmaq, qəbizlik və ya tualet alışqanlığının düzgün olmamasıdır. Uşağın qəbizliyinin səbəb araşdırılmadan uzun müddət tualetdə oturursa və çətinliklə bayıra çıxarsa, o zaman babasil yarana bilər. Belə olduqda valideynlərin və baxca tərbiyəçilərinin üzərinə çox böyük məsuliyyət düşür. Həmçinin də uşaqların qidalanmalarına da ciddi nəzarət edilməlidir.   Əgər uşağın qidalanması və tualet alışqanlığı normaldırsa, amma buna baxmayaraq yenə də uşaqda qəbizlik yaranırsa, bu zaman həkimə müraciət etmək lazımdır. Təəssüflər olsun ki, uşaqlar quru qidalar, çips və kreker kimi hazır qidaları çox sevirlər və suyu az içirlər. Bu isə qəbizliyin və bunlar babasili yaranmasının birbaşa səbəbidir. Bu isə gələcəkdə babasildən başqa hətta düz bağırsaq xərçənginə də yol aça bilər. Buna görə də uşaqlarda yaranan bu problemləri vaxtında aradan qaldırmaq lazımdır.

-Babasil xəstəliyi gələcəkdə düz bağırsaq xərçənginə səbəb olurmu?