Qarpızyemişin sağlamlığa faydaları –


Digərləri 18 İyn 2019 21:27:00 242 0

Qarpızyemişin sağlamlığa faydaları –

Havaların sürətlə isinməsi ilə qarpız-yemiş də sürətlə süfrələrimizə gəlir. Yayın 2 vazkeçilməz meyvəsinin insan sağlamlığlna faydaları saymaqla bitməz. Son.az medicina.az-a istinadən həm qarpız, həm yemişin hansı xəstəliklərdə faydalı olacağını, hansı xəstəliklərdə isə əksinə qadağan olduğunu araşdıraraq, ən vacib məqamları toplayıb.

Əgər düzgün istifadə etsəniz, qarpız-yemişdən də fayda görərsiniz.

Yemişin 7 faydası:

1.İbn sina yemişlə müalicə edirdi

Məşhur təbib İbn Sina soyuqdəymə, bəzi virus və podaqranı yemiş tumları və qabığı ilə müalicə edərdi

2.Qəbizlik və babasildə

Yemişin ləti qəbizlik, həzm problemi, hemorroyu olanların müalicəsində tətbiq olunardı.

3.Qaraciyər və sidik kisəsini detoks edir

Yemiş özü və şirəsi bu orqanları çox yüngül şəkildə təmizləyir.

4.Psixi pozuntuları və əsəbi olanlar yesin

Qədim rus loğmanları depressiya, nevroz, psixi pozuntularda xəstəyə çox miqdarda yemiş yeməyi nəsləhət görərdilər. Çünki yemiş xoşbəxtlik hormonlarını artırır

5.İltihab əleyhinə təsir edir

Bu təsirinə görə vərəm,bronxit, revmatizm, artroz, podaqra xəstəliyində yeyilə bilər

6.Onkoloji xəstəliklərə qarşıdır

Yemişdə olan mikroelementlər şiş xəstəliklərinin profilaktikası üçün vacibdir.

7.Kişilərin cinsi gücünü artırır

Qədim xalq təbabətində yemiş tumlarından hazırlanmış dəmləmə ilə qonoreya və cinsi infeksiyaların müalicə edilməsi ilə bağlı məlumat var. Yemiş kişilərdə impotensiya zamanı faydalıdır.   Avropada son illər yemiş suyu ilə orqanizmin təmizlnməsi, detoksu dəbdədir.   Bəs kimlərə olmaz?

-Yemiş insult, iflic keçirmiş xəstələrə olmaz -Şəkərli diabet - qlükoza çoxdur -Südverən analar və 3yaşa kimi uşaqlar