Dünya əhalisinin sayı 11 milyarda çatacaq


Digərləri 18 İyn 2019 20:17:59 202 0

Dünya əhalisinin sayı 11 milyarda çatacaq

2050-ci ildə dünya əhalisi 9,7 milyard nəfər, 2100-cü ildə isə 11 milyard nəfərə çatacaq

Bakı. 2050-ci ildə dünya əhalisi 9,7 milyard nəfər, 2100-cü ildə isə 11 milyard nəfərə çatacaq. Trend-in məlumatına görə, bu barədə BMT-nin hesabatında deyilir. Qeyd olunur ki, 2100-cü ildən dünya əhalisinin artım tempi azalacaq. Proqnozlara görə, yaxın 10 il ərzində Hindistan əhalisinin sayına görə Çini keçəcək. Bu əsrin ortalarınadək Nigeriya, Pakistan, Konqo Demokratik Respublikası, Efiopiya, Tanzaniya, İndoneziya, Misir və ABŞ-da əhali artımı çox olacaq.