Şamaxıda yük maşını aşdı:


Digərləri 18 İyn 2019 19:42:00 238 0

Şamaxıda yük maşını aşdı:

Şamaxı - Göylər - Padarçöl avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Şamaxının Göylər kəndi ərazisində qeydə alınıb.

Belə ki, Şamaxıdan Padarçöl istiqamətində hərəkət edən "Shacman" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə yoldan çıxan maşın bir neçə dəfə yuvarlanıb.

Qəza zamanı Sumqayıt şəhər sakini olan 1964-cü il təvəllüdlü sürücü Məmmədov Mürsəl Sərdar oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar