Yaponiyada əhali təxliyə edilir


Dünya 18 İyn 2019 18:49:49 198 0

Yaponiyada əhali təxliyə edilir

Yaponiyanın şimal sahillərində əhali təxliyə olunur.

Son.az Trend-ə istinadən bildirir ki, təxliyə barədə qərar bu gün baş vermiş zəlzələdən sonra qəbul edilib.

Belə ki, Yaponiyda 6,8 bal gücündə zəlzələdən sonra ölkənin Meteoroloji Xidməti sunami təhlükəsi barədə xəbərdarlıq edib.

Zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə hələ məlumat verilməyib.