Ağ şalvarı harada və necə geyinməli?


Digərləri 18 İyn 2019 18:24:00 259 0

Ağ şalvarı harada və necə geyinməli?

Ağ şalvarlar çox kişi üçün riskli bir seçim kimi görünsə də, əslində, düzgün şəkildə kombinasiya ediləndə normal görünür.

Bəs, ağ şalvarları harada və necə geyinmək lazımdır?

Son.az axşam.az-a istinadən ağ şalvarları düzgün kombinasiya etməyin yollarını təqdim edir:

Şəffaf eynəklər, açıq rəngli libasların qarderoblarda ön sıralara gəlməsi sevindirici xəbərdir. Ağ, bej və pastel çalarların hakim olduğu görüntüyə öyrəşməmisinizsə, özünüzü hazırlasanız yaxşı olar. Ofis tərzinizə daxil edə biləcəyəniz ağ şalvarlar, bahar siqanlı verən köynəklə birlikdə ikiqat güclənir. Axşam bir dəvətə gedirsinizsə, mütləq üstünə kətan pencək geyinməlisiniz.

Qadınlar üçün belə yetərincə cəsarət tələb edən başdan ayağa bəyaza bürünmək kişilər üçün tabudur. Ancaq stereotipləri qırmağın vaxtıdır. Ağ şalvarlarınızı eynirəngli tişörtlə birləşdirib, ayağınıza isə rahat sinkerlərdən geyinə bilərsiniz.