Miri Yusif: Azərbaycan Gimnastika Federasiyasında öz işinin peşəkarları işləyir


Digərləri 18 İyn 2019 17:45:04 190 0

Miri Yusif: Azərbaycan Gimnastika Federasiyasında öz işinin peşəkarları işləyir

Bu gün Bakıda Milli Gimnastika Arenasında gimnastların Azərbaycanın əməkdar artisti, sentyabrın 16-22-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının ulduz səfiri, müğənni Miri Yusiflə görüşü keçirilib

Bakı. Cani Babayeva - Bu gün Bakıda Milli Gimnastika Arenasında gimnastların Azərbaycanın əməkdar artisti, sentyabrın 16-22-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının ulduz səfiri, müğənni Miri Yusiflə görüşü keçirilib. Trend-in məlumatına görə, görüş zamanı Miri Yusif gimnastlara öz yaradıcılığı barədə danışıb, idmançıların suallarını cavablandırıb. Trend-ə müsahibəsində ulduz səfir idmançılarla görüş barədə təəssüratlarını bölüşüb: “Biz maraqlı söhbət etdik, gimnastlar mənə öz çıxışları, məşqlərinin necə keçdiyi barədə danışdılar. Mən gimnastların suallarına cavab verdim. Öz yaradıcılığım və mahnılarım barədə də danışdım”.