Daşkənddə yazıçı Yunus Oğuzun “Ovçu” romanının təqdimatı olub


Digərləri 18 İyn 2019 14:30:21 44 0

Daşkənddə yazıçı Yunus Oğuzun “Ovçu” romanının təqdimatı olub

Yunus Oğuza Özbəkistanın "Turan" Akademiyasının akademiki seçilməsi ilə bağlı vəsiqə və döş nişanı təqdim olunub

Bakı. Daşkənddə yazıçı Yunus Oğuzun "Ovçu" romanının təqdimatı ilə Özbəkistanda keçirilən "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri"nə yekun vurulub. Trend-in məlumatına görə, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə baş tutan tədbirdə elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, soydaşlarımız, jurnalistlər iştirak edib. AMM-nin direktoru Samir Abbasov qonaqları salamlayaraq dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, milli mədəniyyətimizin tanıdılması və təbliğinə yönəlmiş bu cür tədbirlərin əhəmiyyətindən danışıb. O, Mədəniyyət Mərkəzinin layihəsi ilə mədəniyyət və ədəbiyyat günləri çərçivəsində 2 konsert proqramının, dəb sərgisinin, 2 kitab təqdimatının keçirildiyini qeyd edib. S.Abbasov Daşkənddəki aparıcı kitabxanalara ölkəmizə dair zəngin kitab kolleksiyasının bağışlandığını, keçirilən tədbirlərdə "Azərbaycan, sənsən mənim ülviyyətim" adlı kitab, milli mədəniyyətimizi özündə əks etdirən suvenirlər, maddi-mədəniyyət nümunələrinin sərgisinin keçirildiyini qeyd edib. O, Yunus Oğuzun yaradıcılığı haqqında danışıb, 2016-cı il Aprel hadisələrinə həsr olunan və Daşkənddə özbək dilində çap edilən "Ovçu" romanını yüksək qiymətləndirib. Samir Abbasov Aprel zəfərinin qəhrəmanları, xüsusən polkovnik Murad Mirzəyev və onun döyüş yoldaşlarının həyat yolundan bəhs edən əsərin xalqımızın qəhrəmanlıq hislərinin yüksəldilməsinə öz töhfəsini verdiyini bildirib. Çıxış edənlər Özbəkistanda keçirilən "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri"ni yüksək qiymətləndirib, məhz Mədəniyyət Mərkəzinin layihəsi ilə həm milli mədəniyyətimizə, həm də ədəbiyyatımıza dair çoxsaylı tədbirlər, layihələr vasitəsi ilə geniş məlumatlandırma və təbliğat işlərinin həyata keçirildiyini vurğulayıblar. Filoloq alim Nurbay Cabbarov Azərbaycan-Özbəkistan ədəbi əlaqələri haqqında danışıb, müasir dövrdə də bu əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. O, Yunus Oğuzun əsərləri haqqında söhbət açıb, özbək dilində də çap edilən "Əmir Teymur" əsərinə yüksək qiymət verib. Kitabın tərcüməçisi, filoloq alim Gülbahar Aşurova qəhrəmanlıq və vətənpərvərlik mövzusunda yazılan "Ovçu" romanında yaradılan obrazların gənclərimiz üçün bir nümunə olduğunu qeyd edib, kitabın təbliğinin gənclərin vətənpərvərlik ruhunun inkişafında müsbət rol oynayacağını söyləyib.
İmamoğlunun aeroport qalmaqalının yeni görüntüləri yayıldı  VİDEO like
  • 18 İyn 14:28  
Dünya İmamoğlunun aeroport qalmaqalının yeni görüntüləri yayıldı VİDEO

İyunun 23-də İstanbulda keçiriləcək bələdiyyə seçkilərində iştirak

arrow Ətraflı
Pulunuzu AccessBank-a gətirin, Polo aparın! like
  • 18 İyn 14:25  
Digərləri Pulunuzu AccessBank-a gətirin, Polo aparın!

Deyirlər ki, pul pul gətirər. AccessBank ilə isə pul yalnız pul deyil, eyn

arrow Ətraflı
İranda yeni aeroport terminalının açılışı olub like
  • 18 İyn 14:24  
Dünya İranda yeni aeroport terminalının açılışı olub

İran prezidenti Həsən Ruhani İmam Xomeyni aeroportunun "Salam" sə

arrow Ətraflı
Azərbaycan 2-ci Avropa Oyunlarında 15 cüdoçu ilə təmsil olunacaq like
  • 18 İyn 14:20  
Digərləri Azərbaycan 2-ci Avropa Oyunlarında 15 cüdoçu ilə təmsil olunacaq

Belarusun paytaxtı Minskdə keçiriləcək 2-ci Avropa Oyunlarında Azərbaycan

arrow Ətraflı
Pakistan səfiri Bakı Ali Neft Məktəbində like
  • 18 İyn 14:19  
Digərləri Pakistan səfiri Bakı Ali Neft Məktəbində

Pakistan Islam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə v

arrow Ətraflı
İndoneziyada sərnişin gəmisi batdı: like
  • 18 İyn 14:15  
Dünya İndoneziyada sərnişin gəmisi batdı:

İndoneziyanın Yava adasının sahillərində sərnişin gəmisi batıb.

arrow Ətraflı
Yol "terror"u: Ağır qəzalarda 6 nəfər öldü, 4 nəfər xəsarət aldı like
  • 18 İyn 14:14  
Digərləri Yol "terror"u: Ağır qəzalarda 6 nəfər öldü, 4 nəfər xəsarət aldı

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilm

arrow Ətraflı
Poqbaya super təklif like
  • 18 İyn 14:13  
İdman Poqbaya super təklif

Manchester United yarımmüdafiəçisi Pol Poqbanı s

arrow Ətraflı
"Avropanın Dubay kəndi" like
  • 18 İyn 14:10  
Şou-biznes "Avropanın Dubay kəndi"

Müğənni Xatun Əliyeva həmkarı Şəbnəm Tovuzluya söz atıb.

arrow Ətraflı
Bakı sakini Qaxda külli miqdarda narkotiklə saxlanıldı like
  • 18 İyn 14:05  
Kriminal Bakı sakini Qaxda külli miqdarda narkotiklə saxlanıldı

Bakı sakini Qaxda külli miqdarda narkotiklə saxlanılıb.

arrow Ətraflı
İnterpolun tutduğu "reket"ə 11 il cəza verildi like
  • 18 İyn 14:03  
Digərləri İnterpolun tutduğu "reket"ə 11 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə it

arrow Ətraflı
Ağstafa bazarındakı gülləbaranın görüntüləri - ANBAAN (VİDEO) like
  • 18 İyn 13:59  
Digərləri Ağstafa bazarındakı gülləbaranın görüntüləri - ANBAAN (VİDEO)

Ağstafada baş vermiş gülləbaranın görüntüləri yayılıb.

arrow Ətraflı