İndoneziyada sərnişin gəmisi batdı:


Dünya 18 İyn 2019 14:15:00 253 0

İndoneziyada sərnişin gəmisi batdı:

İndoneziyanın Yava adasının sahillərində sərnişin gəmisi batıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 17 nəfərin həlak olduğu bildirilir. Bir nəfərin isə itkin düşdüyü qeyd olunur.

Məlumata görə, gəmidə olan digər 39 nəfər xilas edilib.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Gəminin hansı səbəbdən batması isə hələ məlum deyil.