Bakıda lombarda saxta qızıl verən şəxs 1300 manat pul alaraq qaçıb


Digərləri 18 İyn 2019 13:03:00 298 0

Bakıda lombarda saxta qızıl verən şəxs 1300 manat pul alaraq qaçıb

İyunun 17-də saat 15 radələrində Xətai rayonu ərazisindəki lombardların birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Bakı. İyunun 17-də saat 15 radələrində Xətai rayonu ərazisindəki lombardların birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dərhal həmin ünvana gəlmiş polis əməkdaşları tərəfindən lombarda saxta qızıl verən şəxsin 1300 manat pul alaraq qaçdığı müəyyən edilib. Polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs saxlanılaraq 36-cı Polis Bölməsinə təhvil verilib. Onun Bakı şəhər sakini E.Mustafayev olduğu müəyyən edilib.