2022-ci ildən Bakıda avtobuslar yalnız sıxılmış təbii qaz və ya elektrik mühərriklə işləyəcək (FOTO)


Digərləri 18 İyn 2019 12:33:00 79 0

2022-ci ildən Bakıda avtobuslar yalnız sıxılmış təbii qaz və ya elektrik mühərriklə işləyəcək (FOTO)

2022-ci ildən Bakıda avtobuslar yalnız sıxılmış təbii qaz və ya elektrik mühərriklə işləyəcək

Bakı. 09-12 iyun tarixlərində İsveçin Stokholm şəhərində Beynəlxalq İctimai Nəqliyyat Birliyinin (UITP) təşkilatçılığı ilə Qlobal İctimai Nəqliyyat Sammiti keçirilib. Nəqliyyat sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlər, müxtəlif dövlətlərin nəqliyyat tənzimləyici orqanları və iri təchizatçıların iştirak etdiyi sammit çərçivəsində müzakirə panelləri və görüşlər təşkil edilib. Sammitdə ilk dəfə olaraq paytaxtın əsas nəqliyyat tənzimləyici orqanı Bakı Nəqliyyat Agentliyi (BNA) də iştirak edib. Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti sammitdə bir sıra işgüzar görüşlər keçirib. BNA-dan Trend-ə verilən məlumata görə, Avrasiya panelində “Bakıda ictimai nəqliyyat və gələcək planlar” ilə bağlı təqdimat olub. Təqdimatda Bakı Nəqliyyat Agentliyinin paytaxtın ictimai nəqliyyat sisteminin inkişaf etdirilməsi və beynəlxalq tədbirlərin təşkilindəki uğurlu təcrübəsi diqqətə çatdırılıb. Təqdimat tədbir iştirakçılarının böyük marağına səbəb olub. V.Kərimli Beynəlxalq İctimai Nəqliyyat Birliyinin Baş Katibi Mohamed Mezghani ilə görüşüb. İdarə Heyətinin sədri mötəbər beynəlxalq tədbirə dəvət üçün M.Mezghaniyə təşəkkür edib. Bakı Nəqliyyat Agentliyinin dünya üzrə 200-dən çox şəhər nəqliyyatına məsul qurumları özündə birləşdirən UITP-yə üzv qəbul edilməsinin əhəmiyyəti vurğulanıb. Ötən il noyabrın 23-də UITP-nin baş katibliyinə seçkilər zamanı Mohamed Mezghanin namizədliyinin Bakı Nəqliyyat Agentliyi tərəfindən də dəstəkləməsi məmnunluqla xatırlanıb. Beynəlxalq qurumla əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etdiyi diqqətə çatdırılıb. Bu ilin əvvəlində UITP-nin “İctimai Nəqliyyat Dünyası” adlı jurnalının növbəti sayında BNA-nın Bakı şəhərinin yol nəqliyyat sisteminin inkişafı istiqamətindəki fəaliyyətindən bəhs edən məqalənin dərc edilməsinin bu əməkdaşılığın təzahürü kimi dəyərləndirilib. Görüşdə BNA-nın fəaliyyətə başlamasından sonra nəqliyyat infrastrukturunun və şəhər nəqliyyatı işinin daha da yaxşılaşdırılması, o cümlədən, ictimai nəqliyyatın tənzimlənməsi, marşrut şəbəkəsinin optimallaşdırılması, nəqliyyat sahəsində xüsusi idarəetmə modelinin formalaşdırılması ilə bağlı yeni çağırışlara uyğun görülən və nəzərdə tutulan işlər barədə məlumat verilib. Xüsusi olaraq vurğulanıb ki, hazırda sərnişindaşımada 300 ədəd sıxılmış təbii qazla (CNG) işləyən və ətrafı çirkləndirməyən, komfortlu "İVECO" markalı avtobuslar istismar edilir, nağdsız ödəniş sistemi tətbiqinə başlanılıb, avtobus parkları yenilənir, xüsusi avtobus zolaqları təşkil edilir, nəqliyyat mübadilə mərkəzləri fəaliyyət göstərir. Yaxın vaxtlarda paytaxta daha 300 yeni nəsil Avro 6 standartlarına cavab verən "BMC" markalı avtobusların gətirilməsi müsbət hal kimi dəyərləndirilib. 2022-ci ildən Bakı şəhərinin ictimai nəqliyyat şəbəkəsində yalnız sıxılmış təbii qaz (CNG) və ya elektrik mühərriklə işləyən (Hybrid) avtobusların istismar edilməsinin əsas hədəf istiqamətlərindən olduğu qeyd edilib. Ümumilikdə əsas məqsəd, vətəndaşlarımıza ekoloji baxımdan təmiz, keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsinə nail olmaqdır. Bildirilib ki, bununla bağlı bütün daşıyıcılara müvafiq tapşırıqlar verilib. O da vurğulanıb ki, ümumilikdə görülən işlər Bakıda stabil və dayanıqlı nəqliyyat sistemin inkişafına xidmət edir. Şəxsi nəqliyyat vasitələrinin şəhər mərkəzində hərəkətini azaltmaqla, Bakını daha çox piyada yönümlü bir şəhərə çevirmək üçün böyük səylər göstərilir.
Pentaqon İranın tankerlərə hücum etdiyini təsdiqləyən kadrlar yaydı  FOTO like
  • 18 İyn 12:32  
Dünya Pentaqon İranın tankerlərə hücum etdiyini təsdiqləyən kadrlar yaydı FOTO

Pentaqon Oman körfəzində tankerlərdə baş verən partlayışla bağlı gör

arrow Ətraflı
Mərkəzi Bank depozit hərracının NƏTİCƏLƏRİNİ açıqlayıb like
  • 18 İyn 12:29  
Digərləri Mərkəzi Bank depozit hərracının NƏTİCƏLƏRİNİ açıqlayıb

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş n

arrow Ətraflı
“Onu güllələmək istədilər” like
  • 18 İyn 12:25  
Kriminal “Onu güllələmək istədilər”

ARB TV-nin "Bu qədər" proqramının növbəti buraxılışında m

arrow Ətraflı
İndoneziyada sərnişin gəmisi batdı - 17 nəfər boğuldu like
  • 18 İyn 12:24  
Digərləri İndoneziyada sərnişin gəmisi batdı - 17 nəfər boğuldu

İndoneziyanın Yava adasının sahillərində sərnişin gəmisi batıb.

arrow Ətraflı
Platini həbs olundu like
  • 18 İyn 12:21  
İdman Platini həbs olundu

UEFA-nın sabiq prezidenti Mişel Platini həbs olunub.

arrow Ətraflı
Dilarə və İlqar Xəyal studiyada göz yaşlarına boğuldular  VİDEO  FOTO like
  • 18 İyn 12:21  
Şou-biznes Dilarə və İlqar Xəyal studiyada göz yaşlarına boğuldular VİDEO FOTO

ARB TV-nin "Söhbət var" verilişinin növbəti buraxılışın

arrow Ətraflı
Hövsan Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir (VİDEO) like
  • 18 İyn 12:20  
Digərləri Hövsan Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir (VİDEO)

Xəzər sahilindən cəmi 2 km məsafədə, ekoloji cəhətdən təmiz və yaşa

arrow Ətraflı
Azərbaycanda xəstəxanada faciə: like
  • 18 İyn 12:19  
Digərləri Azərbaycanda xəstəxanada faciə:

Cəlilabadda 36 yaşlı qadın doğuş zamanı ölüb.

arrow Ətraflı
Bakıda 28 yaşlı qadın itkin düşüb like
  • 18 İyn 12:17  
Digərləri Bakıda 28 yaşlı qadın itkin düşüb

Bakıda 28 yaşlı qız qadın düşüb. 

arrow Ətraflı
Bahar Muradova: Ermənistanın qeyri-konstruktiv mövqeyi davamlı sülhə təhdid kimi qalır like
  • 18 İyn 12:16  
Digərləri Bahar Muradova: Ermənistanın qeyri-konstruktiv mövqeyi davamlı sülhə təhdid kimi qalır

Ermənistanın heç bir çərçivəyə sığmayan mövqeyi sülh əldə etməyə

arrow Ətraflı
Nəsiminin qəzəllər toplusu Moskvada işıq üzü gördü like
  • 18 İyn 12:12  
Digərləri Nəsiminin qəzəllər toplusu Moskvada işıq üzü gördü

Moskvada dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi müna

arrow Ətraflı
Uşaq 3cü mərtəbədən yıxıldı, like
  • 18 İyn 12:12  
Dünya Uşaq 3cü mərtəbədən yıxıldı,

Türkiyənin Sakarya şəhərində bir uşağın binanın üçüncü mərtəbəs

arrow Ətraflı
CCIAF aylıq işgüzar görüşü: Biznes üçün professional təhsil və peşə təhsili like
  • 18 İyn 12:08  
Digərləri CCIAF aylıq işgüzar görüşü: Biznes üçün professional təhsil və peşə təhsili

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (CCIAF) aylıq işgüzar g

arrow Ətraflı
Özünü pullu kişi kimi tanıdıb, like
  • 18 İyn 12:03  
Dünya Özünü pullu kişi kimi tanıdıb,

Əvvəllər tibb bacısı işləyən qadın özünü kişi kimi təqdim edərək

arrow Ətraflı