Uşaq 3cü mərtəbədən yıxıldı,


Dünya 18 İyn 2019 12:12:00 258 0

Uşaq 3cü mərtəbədən yıxıldı,

Türkiyənin Sakarya şəhərində bir uşağın binanın üçüncü mərtəbəsindən yerə yıxılması təhlükəsizlik kamerasına anbaan düşüb.

Son.az teleqraf.com-a istinadla xəbər verir ki, Yunus Əmrə məhəlləsi 4043 küçədə yaşayan iki yaşlı suriyalı Rava el-Hızır eyvanda oynayarkən yerə yıxılıb.

Dərhal hadisə yerinə təcili tibbi yardım maşını və uşaq Akyazı Dövlət Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.