Taksi qəza törətdi - orta yaşlı kişi xəsarət aldı (VİDEO)


Digərləri 18 İyn 2019 11:52:16 208 0

Taksi qəza törətdi - orta yaşlı kişi xəsarət aldı (VİDEO)

Xırdalanda yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Ceyhun Ələkbərov - Xırdalanda yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, qəza Xırdalan dairəsinin yaxınlığında qeydə alınıb. Üzü şəhər istiqaməti ilə hərəkətdə olan 90-PN-452 dövlət nömrə nişanlı "Ravon" markalı taksinin sürücüsü idarəetməni itirərək dəmir arakəsməyə çırpılıb. Qəzada bir nəfər orta yaşlı kişinin xəsarət aldığı bildirilir. Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.