Çempionlar Liqasına damğa vuran yarıçılpaq model pornoulduzdur?


Digərləri 18 İyn 2019 11:14:00 298 1

Çempionlar Liqasına damğa vuran yarıçılpaq model pornoulduzdur?

Çempionlar Liqasının "Liverpul"la "Tottenhem" arasında keçirilən final matçında qanunsuz şəkildə yaşıl meydana çıxan model Kinsi Volanski haqqında yayılan şayiələrə son qoyub.

Son.az Sputniknews-a istinadla xəbər verir ki, model bu vaxta qədər sinəsi açıq və ya lüt şəkil çəkdirmədiyini söyləyib.

Haqqında "porno ulduzdur" deyilən Kinsi bu iddiaları təkzib edərək həyatı boyunca əxlaqsız filmlərdə rol almadığını dilə gətirib.

"Bu vaxta qədər sinəsi açıq şəkil çəkdirməmişəm. Nə vaxtsa porno filmlərə çəkilməmişəm", - Volanski açıqlayıb.

O bildirib ki, matçdan sonra məşhur futbolçular ona əxlaqsız təkliflər edib. Lakin o, sevgilisi Vitali Zdorovetskini sevir.


Xəbərə aid fotolar