Kapital Bank müştərinin kreditini tam ödədi


Digərləri 18 İyn 2019 10:58:09 273 0

Kapital Bank müştərinin kreditini tam ödədi

Kapital Bank nağd pul krediti götürən müştərilər üçün “Kreditini biz ödəyək” adlı stimullaşdırıcı lotereya keçirib.

Bakı. Xəbər verdiyimiz kimi, Kapital Bank nağd pul krediti götürən müştərilər üçün “Kreditini biz ödəyək” adlı stimullaşdırıcı lotereya keçirib. Şərtlərə görə 1 may – 31 may 2019-cu il tarixləri arasında kredit götürən müştərilər avtomatik olaraq lotereyada iştirak edib, qalib ola bilərdilər. 7 iyun 2019-cu il tarixində lotereyanın son tirajı keçirilib və aylıq kredit ödənişini qazanan 3 müştəri ilə yanaşı, daha bir müştəri əsas hədiyyəni – tam kredit məbləğini əldə edib. Qalib gələn müştəri Kapital Bank-ın Lənkəran filialının müştərisi Dövlət Ağacanov olub. Lotereya ərzində ümumilikdə 12 müştəri aylıq kredit ödənişini, bir müştəri isə tam kreditini qazanıb. Qaliblərin siyahısı sayta əlavə olunub – www.kapitalbank.az/lotereya.