Sarayda zavodda 62 yaşlı qadının başını mişar kəsdi


Digərləri 18 İyn 2019 10:41:00 263 0

Sarayda zavodda 62 yaşlı qadının başını mişar kəsdi

Abşeron rayonunda zavodda bədbəxt hadisə zamanı qadın ağır xəsarət alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsində baş verib.

1957-ci il təvəllüdlü İsayeva Gülbahar Yunis qızı zavodda iş görərkən ehtiyatsızlıq nəticəsində mişar dəzgahı onun baş nahiyəsinə ağır xəsarət yetirib.

Qadın təcili xəstəxanaya yerləşdirilib. Ona başının böyük skalp olunmuş yarası diaqnozu qoyulub.