Əllərini bağlayaraq çaya tullanan sehrbaz yoxa çıxdı FOTO


Dünya 18 İyn 2019 09:51:00 236 0

Əllərini bağlayaraq çaya tullanan sehrbaz yoxa çıxdı  FOTO

Hindistanda məşhur sehrbaz onu dünyaya tanıdan nömrəsini edərkən yoxa çıxıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, qollarını zəncirlə bağlayaraq çaya tullanan sehrbaz yoxa çıxıb.

Cançal Lahiri adlı sehrbazın öldüyü ehtimal edilir. Lahiri Qərbi Benqaliya vilayətindəki çaya tullanıb. Onu izləmək üçün isə xeyli tamaşaçı toplaşıb. Amma suya bir qayıqdan qolları zəncirli şəkildə buraxılan sehrbaz sonradan suyun üzünə çıxmayıb. Polis və dalğıcların axtarışı da nəticə verməyib. Polis bildirib ki, Lahirinin meyiti tapılmayana qədər ölü elan edilməyəcək.


Xəbərə aid fotolar