Berdiməhəmmədov oğluna yüksək vəzifə verdi


Dünya 18 İyn 2019 09:34:00 177 0

Berdiməhəmmədov oğluna yüksək vəzifə verdi

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov oğlu Sərdarı yüksək vəzifəyə təyin edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin dövlət informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, 37 yaşlı Sərdar Türkmənistanın mərkəz-cənub bölgəsindəki Ahal regionunun qubernatoru təyin olunub.

Buna qədər o, 2019-cu ilin yanvarından bu günə qədər regionun qubernator müavini kimi fəaliyyət göstərib. 

Prezidentin yeganə oğlu silahlı qüvvələrdə leytenant polkovnikdir.