Xərçəng hüceyrələrinin məhv edilməsi üçün lazer hazırlanıb
Digərləri 18 İyn 2019 08:35:00 225 0
Arkanzas Universitetinin alimləri qan damarlarında hərəkət edən xərçəng hüceyrələrini məhv edə bilən lazer texnologiyasını uğurla sınaqdan keçiriblər.
Son.az ICTnews-a istinadən bildirir ki, sözügedən texnologiya şiş xəstəliklərinin təkrar yaranmasının qarşısını almağa imkan verir. Alimlərin sözlərinə görə, onlar bu metodun köməyi ilə şiş hüceyrələrinin 96%-ni məhv etməyə nail olublar.
Yeni qurğu, həmçinin 1 litr qanı 1 saat ərzində təhlil edir ki, bu göstərici analoqlardan çox sürətlidir.
Mənbə: milli.az