Çinin cənubqərbində daha bir zəlzələ olub


Dünya 18 İyn 2019 08:38:00 217 0

Çinin cənubqərbində daha bir zəlzələ olub

Çinin Sıçuan əyalətində 5,3 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 07:34-də 17 kilometr dərinlikdə qeydə alınıb.

Xatırladaq ki, ötən gün Çinin Sıçuan əyalətində bir saat ərzində iki güclü zəlzələ baş verib.

İlk zəlzələ yerli vaxtla saat 22:55-də İbin şəhər dairəsində qeydə alınıb. Yeraltı təkanların maqnitudası 6 bal təşkil edib.

İkinci zəlzələ İbin şəhər dairəsində yerli vaxtla saat 23:36-da 16 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələnin 5,1 bal gücündə olub.