Marvelin müsəlman superqəhrəmanı gəlir


Digərləri 18 İyn 2019 08:21:00 211 0

Marvelin müsəlman superqəhrəmanı gəlir

Birinci müsəlman superqəhrəman, Kamala Khan tezliklə Marvel kino və ya serial kainatında görünə bilər. Bu gənc, genetik cəhətdən dəyişdirilmiş pakistan-amerikalı qadın, bədən transformasiyası qabiliyyətini tapır və özünə Miss Marvel ləqəbini götürür.

Son.az chip.az-a istinadən bildirir ki, aktrisa və ssenarist Mindi Kalinq ("8 Girlfriends of Ocean", "The Breaking of Time" filmləri, "The Office" serialı) Marvel Studios′a gedərək ekranlaşdırmada öz köməyini təklif edib. O, Miss Marvel′i tam metrajli bir film və ya serial formasında uyğunlaşdırmaya hazır olduğunu bildirib.

"Mən Marveldəki insanlarla danışdım. Onlar bu personaja görə çox sevindilər və fikrimcə nə edəcəklərini də artıq yaxşı bilirlər. Layihəyə çox maraqla yanaşdılar". -Mindi Kalinq deyib.

Kalinq həmkarları Riz Ahmed və Kumeyl Nanjiani tərəfindən də dəstəklənir.