Netflix Pokemon Goya bənzər oyun təqdim edir


Digərləri 18 İyn 2019 08:01:00 235 0

Netflix Pokemon Goya bənzər oyun təqdim edir

Stranger Things seriyalının maliyyə müvəffəqiyyətini yeni bir səviyyəyə aparmaq istəyən Netflix, Stranger Thingsin oyununu çıxarmaq üzrə Next Game ilə əməkdaşlıq etdiyini elan etdi.

Son.az chip.az-a istinadən bildirir ki, Netflix Games CEOsu Teemu Huuhtanen mətbuat konfransında açıqlama verib:

"Bizim əsas məqsədimiz, Stranger Thinsin dostluq və fövqəltəbii sərgüzəştlər kimi zəngin və sıx temalarını axtararaq onları mobil cihazlarda istifadə edə biləcəyiniz əyləncəyə çevirməkdir"

Oyunun sistemi haqqında bəhs edən puzzle əsaslı rol oyunu olaraq gələcəyini bildirən Netflix Stranger Thingsin Pokemon Goda olduğu kimi bir yerə əsaslanan oyun olacağını ifadə edib.

"Mobil oyun Stranger Things kainatını 80-ci illərin şənbə günü səhəri cizgi filmləri tərzində köçürəcək. Yerə əsaslanan mexanika və Google Maps inteqrasiyası ilə oyunçular The Upside Downu aşkarlayaraq cinlərlə mübarizə aparmaq üçün dostları ilə birləşəcəklər. "