Bakının mərkəzində iki avtomobil toqquşub


Digərləri 17 İyn 2019 22:51:00 230 0

Bakının mərkəzində iki avtomobil toqquşub

Bakının Nəsimi rayonunda avtoqəza baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, Nizami və Xaqani küçələrinin kəsişməsində "Mercedes" markalı avtomobillə "Peugeot" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində "Peugeot" markalı avtomobil idarəetməni itirərək səkiyə, daha sonra isə ağaca çırpılıb. Avtomobil yararsız vəziyyətə düşüb. Yol qəzasının təfərrüatları araşdırılır.